q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Əgər uzun müddətdir öskürürsünüzsə... - MƏLUMAT

CƏMİYYƏT

29 Aprel 2026 | 15:14

Əgər uzun müddətdir öskürürsünüzsə... - MƏLUMAT

Yaz aylarında uzun müddət davam edən öskürəklərin bir hissəsi allergik səbəblərlə bağlı ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, mövsümi xarakter daşıyan öskürəklərdə anamnez xüsusi əhəmiyyət kəsb edir:

“Valideynlər diqqətli olmalı və uşağın əvvəlki illərdə də eyni mövsümdə oxşar şikayətlər yaşayıb-yaşamadığını izləməlidir. Bu məlumatlar diaqnoz üçün çox vacibdir”.

G. Əliyeva bildirib ki, allergik öskürəyi müəyyən etməyə kömək edən bir sıra göstəricilər mövcuddur:

“Antihistamin preparatlara cavabın olub-olmaması, müalicədən sonra azalma müşahidə edilməsi və allergen faktorlarının mövcudluğu bizim üçün önəmlidir”.

Pulmonoloq qeyd edib ki, yaşayış mühiti də allergik şikayətləri artıran amillər sırasındadır:

“Ev şəraiti, rütubətli mühitdə yaşamaq, tozcuqların çox olduğu park və ya ağaclıq ərazilərə yaxınlıq allergik öskürəkləri gücləndirə bilər”.

Onun sözlərinə görə, öskürəyin səbəbi hər zaman allergiya olmur:

“Məsələn, reflüks xəstəliyi də uşaqlarda quru öskürəyə səbəb ola bilər. Bu halda öskürək daha çox qidalanma ilə əlaqəli olur və mövsümi xarakter daşımır”.

G. Əliyeva əlavə edib ki, diaqnozun dəqiqləşdirilməsi üçün laborator və allergik testlər mühüm rol oynayır:

“Həkim əlavə testlər təyin edə bilər. Əgər allergik testlərdə göstəricilər yüksəlirsə, bu zaman öskürək allergik mənşəli kimi qiymətləndirilə bilər”.

Pulmonoloq vurğulayıb ki, uzunmüddətli və təkrarlanan öskürəklər diqqətdən kənarda qalmamalıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR