Xəbər verdiyimiz kimi Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sifətin və alının çoxsaylı sıyrılmış yaraları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar".
Zeynəb Rzayeva
Bakı 




