q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Dəm qazından zəhərlənən yeniyetmə qız müalicədən imtina edib

CƏMİYYƏT

29 Aprel 2026 | 15:34

Dəm qazından zəhərlənən yeniyetmə qız müalicədən imtina edib

Qonaq getdiyi evdə dəm qazından zəhərlənən 14 yaşlı qız xəstəxanada müalicədən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dünən saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib.

"İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, hadisə dünən Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib. Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında dəm qazından zəhərlənib,19 yaşlı oğlan hadisə yerində ölüb.


SON XƏBƏRLƏR