q
  • Bakı 10° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Bakıda rəssamlar və yaradıcı brendləri birləşdirən festival baş tutacaq

MƏDƏNİYYƏT

29 Aprel 2026 | 10:59

Bakıda rəssamlar və yaradıcı brendləri birləşdirən festival baş tutacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) tərəfdaşlığı ilə Bakıda “Art Festival” adlı genişmiqyaslı mədəni tədbir təşkil olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, festival 1–3 may tarixlərində Park Bulvar Mall ərazisində baş tutacaq və hər gün saat 10:00-dan 22:00-dək ziyarətçilər üçün açıq olacaq.

Layihənin əsas məqsədi mədəni və yaradıcı sənayelərin inkişafına töhfə vermək, yerli yaradıcı şəxsləri və brendləri dəstəkləmək, həmçinin ictimaiyyət üçün açıq və interaktiv incəsənət platforması yaratmaqdır.

Tədbirdə 40-dan çox yerli brendin və 10-dan artıq azərbaycanlı rəssamın iştirakı nəzərdə tutulur. Festival yaradıcı sahibkarlar üçün öz məhsullarını təqdim etmək, yeni auditoriya ilə əlaqə qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək baxımından mühüm platforma rolunu oynayacaq.

Festival həmçinin şəhərin mədəni həyatına yeni dinamika gətirərək incəsənət və sahibkarlıq arasında körpü rolunu oynamağı hədəfləyir. Layihə çərçivəsində yaradıcı iqtisadiyyatın təşviqi, yerli istehsalın dəstəklənməsi və Bakı şəhərinin turizm cəlbediciliyinin artırılması əsas prioritetlər sırasındadır.

Yaradıcı Mərkəzin tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüs mədəniyyət sahəsində gənc istedadların üzə çıxarılmasına və yaradıcı ekosistemin gücləndirilməsinə xidmət edir.

Media nümayəndələri və ictimaiyyət festivalda iştirak etməyə dəvət olunur.


SON XƏBƏRLƏR

28 Aprel 2026