q
  • Bakı 11° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Xaricdən gətirdiyiniz maşın dövlət mülkiyyətinə keçə bilər

CƏMİYYƏT

28 Aprel 2026 | 21:37

Xaricdən gətirdiyiniz maşın dövlət mülkiyyətinə keçə bilər

Gömrükdən keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, sözügüdən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Qeyd edək ki, sənəd Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alıb.


SON XƏBƏRLƏR