İranın Ticarət İnkişafı Təşkilatı 26 apreldən etibarən polad məhsullarının ixrac edilməsinə qadağa tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar Ticarət İnkişafı Təşkilatı İran Gömrük Administrasiyasına məktub ünvanlayıb.
Qeyd edək ki, İranda polad istehsalı potensialı ildə 40 milyon ton civarındadır.
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranda bir neçə polad zavodu vurulub və onlara ciddi şəkildə ziyan dəyib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi hava hücumlarına başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.
Bakı 




