• Bakı 21° C

    1.25 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Ukrayna İsveçdən 16 ədəd qırıcı alacaq

DÜNYA

28 May 2026 | 22:12

Ukrayna İsveçdən 16 ədəd qırıcı alacaq

İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə mətbuat konfransı zamanı Stokholmun Kiyevə "JAS 39 Gripen C/D" modifikasiyalı ilk 16 ədəd "Gripen" qırırıcısını təhvil verəcəyi məlum olub.

Bakıvaxtı.az TSN-ə istinadən xəbər verir ki, qırıcıların təhvil verilməsi 2027-ci ildə baş tutacaq.

Zelenski və Kristersson ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalayıblar. Sənədə əsasən, Ukrayna 2030-cu ilə qədər tədarük edilməli olan daha 22 ədəd "Gripen" qırıcısı satın alacaq.

Ukrayna prezidenti öz növbəsində bildirib ki, Ukrayna "Gripen" qırıcılarını növbəti 10 ay ərzində almağı gözləyir.


SON XƏBƏRLƏR

28 May 2026