• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

ABŞ və İran razılığa gəldi

DÜNYA

28 May 2026 | 18:53

ABŞ və İran razılığa gəldi

ABŞ və İran atəşkəsin uzadılması, İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün 60 günlük çərçivə razılaşmasına nail olublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” portalı iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, razılaşmanın ABŞ Prezidenti Donald Tramp tərəfindən yekun təsdiqlənməsinə ehtiyac var.

"Prezident vasitəçilərə son qərar verməzdən əvvəl bu barədə düşünmək üçün bir neçə gün vaxt istədiyi mesajını çatdırıb", - ABŞ-ın yüksək vəzifəli rəsmisi qeyd edib.


SON XƏBƏRLƏR