q
  • Bakı 10° C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Pentaqon Ukraynaya yardımı gecikdirir

DÜNYA

29 Aprel 2026 | 09:11

Pentaqon Ukraynaya yardımı gecikdirir

ABŞ Müdafiə Nazirliyi Ukraynaya ayrılmış 400 milyon dollarlıq hərbi yardımı gecikdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu respublikaçı senator Mitç MakKonnell bildirib.

Onun sözlərinə görə, Pentaqon Konqres tərəfindən təsdiqlənmiş vəsaitin taleyi ilə bağlı sorğuları cavabsız qoyur.

MakKonnell qeyd edib ki, ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi Konqresin qərarlarının icrasına mane olur və bu, ilk belə hal deyil.

“Bir neçə ay əvvəl təsdiqlədiyimiz Ukraynaya yardım hazırda Pentaqonda saxlanılır”, - deyə senator vurğulayıb.

Məlumata görə, daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Kiyev üçün silahların alınması və göndərilməsini dayandırdığını açıqlayıb.


SON XƏBƏRLƏR

28 Aprel 2026