Fransa parlamenti əsrlərdir qüvvədə qalan və qulları “əmlak” kimi qəbul edən qanunu nəhayət rəsmi şəkildə ləğv edib.
Bakıvaxtı.az xəbər verir ki, söhbət 1685-ci ildə qəbul edilən və Fransanın müstəmləkələrində kölələrin həyatını tənzimləyən “Qara Məcəllə”dən (Code Noir) gedir.
Sənəd qulların alınıb-satılmasına, sərt şəkildə cəzalandırılmasına və müxtəlif məhdudiyyətlərə məruz qalmasına hüquqi əsas yaradırdı. Fransada köləlik təxminən 180 il əvvəl ləğv edilsə də, qanunun özü indiyədək formal olaraq hüquqi sistemdə qalırdı.
“The Guardian”ın məlumatına görə, Fransa Milli Assambleyasının deputatları sənədin bu günə qədər rəsmi şəkildə ləğv edilməməsindən təəccübləndiklərini bildiriblər.
Qeyd edək ki, Fransa dünyanın ən böyük kölə sahibi dövlətlərindən biri olub və təxminən 1,4 milyon afrikalını müstəmləkələrinə aparıb.
Bakı 




