• Bakı 20° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

ABŞ İran təyyarələrinin hava limanlarına girişini qadağan edəcək

DÜNYA

28 May 2026 | 23:44

ABŞ İran təyyarələrinin hava limanlarına girişini qadağan edəcək

ABŞ Tehrana təzyiq göstərmək məqsədi daşıyan "İqtisadi qəzəb" kampaniyası çərçivəsində İran aviaşirkətlərinin hava limanlarına, təyyarələrin yanacaqdoldurma məntəqələrinə və bilet satışı sistemlərinə çıxışını bağlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkə hesabında yazıb.

Maliyyə naziri ABŞ-nin İran aviaşirkətləri ilə bağlı planlarının digər təfərrüatını açıqlamayıb.

Bessent vurğulayıb ki, ABŞ İrana qarşı iqtisadi məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcək və bunu yalnız Tehranla Vaşinqton arasındakı münaqişənin nizamlanmasına dair danışıqlarda əldə olunacaq uğur dayandıra bilər.


SON XƏBƏRLƏR

28 May 2026