• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Toral Bayramovdan VİDA PAYLAŞIMI

İDMAN

28 May 2026 | 16:41

Toral Bayramovdan VİDA PAYLAŞIMI

"Qarabağ"dan ayrılıb "Bursaspora"a transfer olunan Toral Bayramov vida paylaşımı edib.

Bakıvaxtı.az futbolçunun paylaşımını təqdim edir:

"Bu gün sözləri seçmək asan deyil. Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım.

Mənə güvənən hər kəsə - rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarıma və hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. "Qarabağ" mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi.

Doğma "Qarabağ"ı çempion kimi tərk etmək istəyərdim. Olmadı... Əvəzində Çempionlar Liqasında tarix yazıldı!

Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm.

Hər son yeni başlanğıcdır. Görüşənədək, Uğurlar "Qarabağ".

 


SON XƏBƏRLƏR

27 May 2026