Massimiliano Alleqri "Napoli"nin yeni baş məşqçisi olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.
58 yaşlı mütəxəssis Neapol klubunun təklif etdiyi bütün şərtləri qəbul edib və tezliklə müqavilə imzalayacaq. Saziş artıq tamamlanmış hesab olunur.
Ötən mövsümdə Alleqri "Milan"a rəhbərlik edirdi. Onun baş məşqçiliyi altında "rossoneri" 70 xal toplayaraq beşinci yeri tutub. Komanda Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Antonio Kontenin rəhbərlik etdiyi "Napoli" isə 76 xal qazanaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bakı 




