• Bakı 21° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Ermənistan Astanada cəzalandırılacaq?

SİYASƏT

28 May 2026 | 21:39

Ermənistan Astanada cəzalandırılacaq?

Astanada V Avrasiya İqtisadi Forumu işə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev forumda iştirak etmək üçün Astanaya gələn Aİİ üzv dövlətlərinin dövlət başçılarını və nümayəndə heyətlərinin başçılarını salamlayıb. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Qonaqlar arasında Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sadır Japarov, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan, Kubanın vitse-prezidenti Salvador Valdes Mesa, Vyetnam baş nazirinin müavini Ho Quoc Dung, Monqolustan baş nazirinin müavini Nyamtaishirin Normtoybayar, Avrasiya İqtisadiyyat Komissiyasının sədri Bakıtjan Saqintayev və digər rəsmi şəxslər iştirak edirlər.

Belə görünür ki, Rusiya ilə gərgin münasibətlər yaşayan Ermənistan son anda Qriqoryanın Astanaya göndərilməsinə qərar verib.

Yayılan məlumata görə, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderləri cümə günü Astanada Ermənistanın ittifaqda gələcək iştirakı məsələsini müzakirə edəcəklər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, sözügedən məsələ Ali Avrasiya İqtisadi Şurasının Astanadakı iclasında bu və ya digər dərəcədə müzakirə olunacaq.


SON XƏBƏRLƏR