• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Görünüşcə Məhəbbət Kazımova bənzəyən qardaşı vəfat etdi

CƏMİYYƏT

28 May 2026 | 16:14

Görünüşcə Məhəbbət Kazımova bənzəyən qardaşı vəfat etdi

Mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşı vəfat edib.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qənimət Kazımov xəstəlik səbəbindən dünyasını dəyişib.

Q.Kazımov xarici görünüşünə görə mərhum sənətkarı xatırladırdı. O, hətta müsahibələrinin birində qardaşı Məhəbbət Kazımovun onun yerinə hərbi xidmətə getdiyini də bildirmişdi.

Qeyd edək ki, Kazımovlar ailəsində 8 bacı və 4 qardaş olub. Məhəbbət Kazımov 2014-cü ildə, 60 yaşında vəfat edib.


SON XƏBƏRLƏR

27 May 2026