• Bakı 24° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

SEPAH ABŞ-nin hərbi bazasını vurdu

DÜNYA

28 May 2026 | 09:57

SEPAH ABŞ-nin hərbi bazasını vurdu

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri ABŞ-nin Bəndər-Abbas bölgəsindəki hərəkətlərinə cavab olaraq bu ölkənin aviabazasına zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Bu səhər Amerika hərbçilərinin aviasiya mərmiləri ilə Bəndər-Abbas hava limanı yaxınlığındakı obyektə qarşı təcavüzündən sonra, bu hücumun mənbəyi olan ABŞ aviabazası hədəfə alınıb", - deyə açıqlamada qeyd olunub.

Məlumata görə, zərbələr yerli vaxtla 04:50-də endirilib, lakin hücuma məruz qalan aviabazanın dəqiq yeri açıqlanmayıb.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) təsdiqləyib ki, Amerika hərbçiləri cümə axşamına keçən gecə İranın dörd kamikadze dronunu vurub və Bəndər-Abbasda beşinci pilotsuz aparatın buraxılmasına hazırlıq görülən yerüstü idarəetmə stansiyasına zərbə endirib. Komandanlıq hərbi əməliyyatların müdafiə xarakterli olduğunu və atəşkəs rejiminin qorunmasına yönəldiyini vurğulayıb. Bu, cari həftə ərzində artıq ikinci belə hadisədir.


SON XƏBƏRLƏR

27 May 2026