• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Həcc ziyarətində dronlardan istifadə edilir

CƏMİYYƏT

27 May 2026 | 18:48

Həcc ziyarətində dronlardan istifadə edilir

Səudiyyə Ərəbistanı hakimiyyəti Həcc ziyarətində tibbi təminat məqsədilə dronlardan istifadə edib. 

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki,  bu il Məkkədə havaların həddinən artıq isti keçməsi zəvvarlar üçün xəstələnmə və ölüm riski yaradır. Bunu nəzərə alan Krallıq hakimiyyəti ziyarətin həyata keçirildiyi ərazilərdə çoxsaylı tibb məntəqələrinin təşkili barədə qərar qəbul edib. Bu məntəqələrin dərman və digər ilkin tibbi vasitələr ilə təminatı isə avtomobillərlə deyil, dronlar vasitəsilə həyata keçirilir. 

Dronların istifadə edilməsində məqsəd yardımı sürətləndirmək və Həcc ziyarəti dövründə onsuz da yüklənmiş olan yolların yükünün azaltmaqdır. 

Qeyd edək ki, bu il Həcc ziyarəti Fars körfəzi bölgəsində vəziyyətin kəskinləşməsi səbəbi ilə gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Ziyarətdə 1,7 milyon müsəlman zəvvarın iştirak etdiyi bildirilir. 


SON XƏBƏRLƏR

26 May 2026