• Bakı 24° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Müqavilə bağlandı – Təyyarələrdə də internet olacaq

DÜNYA

28 May 2026 | 06:07

Müqavilə bağlandı – Təyyarələrdə də internet olacaq

“SpaceX”in peyk internet xidməti olan Starlink, ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “American Airlines” ilə yeni müqavilə imzalayıb.

Bakıvaxtı.az Lent.az -a istinadən xəbər verir ki, razılaşmaya əsasən, şirkətin 500-dən çox təyyarəsinə yüksək sürətli peyk interneti quraşdırılacaq.

Sistem 2027-ci ildən mərhələli şəkildə istifadəyə veriləcək və əsasən daxili, həmçinin qısa beynəlxalq uçuşlarda tətbiq olunacaq.

Şirkət bildirir ki, Starlinkin aşağı orbit peykləri sayəsində sərnişinlər uçuş zamanı daha sürətli və stabil internetdən istifadə edə biləcəklər.

Bununla da “American Airlines”, artıq Starlink istifadə edən “United”, “Southwest” və “Alaska” kimi iri aviaşirkətlər sırasına qoşulur.


SON XƏBƏRLƏR

27 May 2026