• Bakı 24° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

AQEM Azərbaycanı yüksək qiymətləndirib

SİYASƏT

28 May 2026 | 11:11

AQEM Azərbaycanı yüksək qiymətləndirib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) katibliyi Azərbaycanın təşkilatın sədri kimi fəal rolunu qeyd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQEM-in "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Katiblik Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib və ölkə xalqına sülh, firavanlıq və rifah arzulayıb.

"Biz Azərbaycanın AQEM-in sədri kimi fəal və perspektivli rolunu yüksək qiymətləndiririk. Azərbaycanın sədrliyi altında institutional inkişaf və Bakıda keçiriləcək AQEM sammitinə hazırlıq istiqamətində fəal səylər davam edir, bu da regionda etimadın, tərəfdaşlığın və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

27 May 2026