• Bakı 24° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Süni intellektdən İLK:  riyaziyyatda yeni uğurlar qazandı 

CƏMİYYƏT

28 May 2026 | 06:21

Süni intellektdən İLK:  riyaziyyatda yeni uğurlar qazandı 

Google DeepMind” yeni süni intellekt sistemi “AlphaProof Nexus”un uzun illərdir açıq qalan bəzi mürəkkəb riyaziyyat problemlərini həll etdiyini açıqlayıb.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, şirkətin məlumatına görə, sistem məşhur macar riyaziyyatçısı Pol Erdosun irəli sürdüyü yüzlərlə açıq problemdən doqquzunu insan müdaxiləsi olmadan həll edə bilib. Onlardan bəzisi onilliklərdir cavabsız qalırdı.

“DeepMind” bildirir ki, AI yalnız cavab verməyib, həm də riyazi sübutları formal şəkildə yoxlayaraq səhvləri azaltmağa çalışıb.

Ekspertlər bunu süni intellektin artıq təkcə köməkçi vasitə deyil, elmi araşdırmalarda yeni ideyalar irəli sürə bilən alətə çevrilməsi istiqamətində mühüm addım hesab edirlər.


SON XƏBƏRLƏR

27 May 2026