Qazaxıstanın Azərbaycandakı səfirliyində “Azərbaycan, Qazaxıstan və Türkiyənin inkişafında qadın könüllülərin töhfəsi” mövzusunda beynəlxalq forum keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Qazaxıstan səfiri Alim Bayel forumun Azərbaycan Respublikasının Müstəqillik Günü və Könüllülər İlinə həsr olunduğunu vurğulayıb.
O, 2026-cı ilin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə BMT tərəfindən Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli elan edildiyini qeyd edib.
Bayel həmçinin, qazax cəmiyyətində müasir könüllülük qədim qarşılıqlı yardım ənənəsi olan “Asar”dan qaynaqlandığını bildirib.
Meksikanın Azərbaycandakı Səfiri Maria Viktoriya Romero Kabalyero forumda təmsil olunan ölkələrdə qadın könüllülüyünün işıqlandırılması təşəbbüslərinə dəstəyini ifadə edib.
Tədbir çərçivəsində Qazaxıstan, Azərbaycan, Türkiyə, Moldova və ABŞ-dan olan nümayəndələr müasir cəmiyyətdə qadın könüllülərin rolunu əks etdirən təqdimatlarla çıxış ediblər.
Forumun yekununda iştirakçılar qadın vətəndaş təşəbbüslərinin təşviqi və Türk dünyasında birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Bakı 




