Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın səfiri Pavel Kuznetsovu Moskvanın diplomatlara və xarici vətəndaşlara Kiyevi tərk etmək çağırışı ilə əlaqədar nazirliyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Finlandiya XİN bununla bağlı rəsmi bildirişi "X" sosial şəbəkə hesabında paylaşıb.
"Finlandiya bu gün Rusiyanın səfirini çağırıb. Biz Rusiyanın qanunsuz təhdidlərini və Ukraynadakı mülki şəxslərə qarşı amansız hücumlarını, eləcə də Avropa ölkələrinin səfirlik əməkdaşlarını Kiyevi tərk etməyə çağıran qorxutma kampaniyasını qətiyyətlə pisləyirik", - deyə məlumatda bildirilir.
Qurumdan əlavə ediblər ki, Finlandiya Rusiyanın Avropa ölkələrinin Ukraynadakı mövcudluğunu müəyyən etməsinə icazə verməyəcək.
Bakı 




