BMT Baş katibinin müavini Amina Mohammed Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, A. Mohammed bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi ilə görüşmək xoşdur", - A. Mohammed yazıb.
O, COP29 Sədrliyindən sonra davam edən liderliyi üçün Azərbaycana təşəkkür edib: "İqlim fəaliyyəti üzrə qlobal liderliyin gücləndirilməsi və iqlim maliyyələşdirməsi üçün bütün mümkün mənbələrin səfərbər olunması barədə razılaşdıq".
Bakı 




