q
  • Bakı 10° C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Serbiya ilə konsulluq məsləhətləşmələri keçirildi

SİYASƏT

29 Aprel 2026 | 10:35

Serbiya ilə konsulluq məsləhətləşmələri keçirildi

28 aprel tarixində Belqrad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında sayca üçüncü konsulluq məsləhətləşmələri keçirilib.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Serbiya nümayəndə heyətinə isə Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Nataşa Raşeviç rəhbərlik edib.

    Konsulluq məsləhətləşmələri zamanı Serbiya Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.

    Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqi imkanları nəzərdən keçirilib.

    Habelə, iki ölkə arasında miqrasiya, ədliyyə, təhsil, əmək və sosial müdafiə sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

    Görüşdə böhran vəziyyətlərində vətəndaşların konsulluq müdafiəsinin effektiv təmin edilməsi və əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı da fikir və təcrübə mübadiləsi aparılıb.


    SON XƏBƏRLƏR

    28 Aprel 2026