• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Babiş Özbəkistana da səfər edəcək

DÜNYA

29 Aprel 2026 | 10:26

Babiş Özbəkistana da səfər edəcək

Çexiya Baş naziri Andrey Babiş aprelin 29-30-da Özbəkistanda rəsmi səfərdə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Daşkənddə yüksək səviyyəli danışıqlar keçiriləcək və çoxşaxəli Özbəkistan-Çexiya əməkdaşlığının gələcək inkişaf perspektivləri müzakirə ediləcək.

Diqqət qarşılıqlı ticarətin artırılmasına, maşınqayırma, yaşıl enerji, kimya, əczaçılıq və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək. Mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Həmçinin beynəlxalq gündəmdəki məsələlər, o cümlədən çoxtərəfli arenalarda qarşılıqlı dəstək barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Andrey Babiş Özbəkistan-Çexiya Biznes Forumunda da iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026