q
  • Bakı 10° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

5 icra hakimiyyəti ilə bağlı VACİB XƏBƏR

SİYASƏT

29 Aprel 2026 | 11:31

5 icra hakimiyyəti ilə bağlı VACİB XƏBƏR

Son vaxtlar icra strukturlarında baş verən kadr dəyişiklikləri nəticəsində bir sıra rayon və şəhərlərdə icra hakimiyyəti başçısı vəzifəsi hələ də boş qalır. Son bir ay ərzində iki yüksək vəzifəli icra başçısının vəzifədən azad olunması bu siyahını daha da genişləndirib və hazırda ölkə üzrə ümumilikdə 1 şəhər və 4 rayon rəhbərsiz qalıb.

Boş qalan icra başçısı postları əsasən son illərdə və ya son aylarda baş verən təyinat və azad olunmaların ardınca formalaşıb. Bəzi yerlərdə isə bu vəziyyət artıq uzun müddətdir davam edir.

Bakıvaxtı.az-ın araşdırmasına görə, hazırda icra başçısı təyin edilməyən rayon və şəhərlər bunlardır:

1. Qaradağ rayonu

Qaradağ rayonunda son olaraq Süleyman Mikayılov rəhbərlik edib. O, 2026-cı il yanvarın sonunda vəzifəsindən azad olunub. Mikayılov bu posta 16 il rəhbərlik etmiş, daha əvvəl isə Yardımlı rayonu və Lənkəran şəhərində icra başçısı kimi fəaliyyət göstərmişdi. Hazırda rayonun icra hakimiyyəti başçısı vəzifəsi vakantdır.

2. Gədəbəy rayonu

Gədəbəy rayonunun icra başçısı Orxan Mürsəlov 2025-ci ilin payızında vəzifəsindən azad edilərək başqa rayona təyin olunub. 2022-ci ildən bu posta rəhbərlik edən Mürsəlovdan sonra rayon rəhbərsiz qalıb və yeni təyinat həyata keçirilməyib.

3. Naftalan şəhəri

Naftalan şəhərində də icra başçısı postu boşdur. Vüqar Novruzov 2019-cu ildən şəhərə rəhbərlik edib və 2025-ci ilin noyabrında vəzifəsindən azad olunub. Ondan sonra şəhərə hələ yeni icra başçısı təyin edilməyib.

4. Ağdərə rayonu

Ağdərə rayonu isə nisbətən yeni inzibati vahid kimi formalaşsa da, yaradıldığı 2023-cü ilin sonlarından bu günə qədər hələ icra başçısı təyinatı almayıb. Rayonun idarəçiliyi ilə bağlı məsələ açıq qalmaqdadır.

5. Culfa rayonu

Culfa rayonunda icra başçısı vəzifəsi artıq uzun müddətdir vakantdır. Sonuncu dəfə Siyam Hacıyev 2023-cü ilin avqustunda vəzifədən azad edilib və həmin vaxtdan bəri rayon rəhbərsiz idarə olunur.

Murad İsmayıl


SON XƏBƏRLƏR

28 Aprel 2026