q
  • Bakı 10° C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

DÜNYA

29 Aprel 2026 | 09:47

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

Rusiya ordusuna 2026-cı ildə təxminən 20 minə yaxın xarici vətəndaşın cəlb olunması planlaşdırılır.

Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə bağlı mənbələr məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya xüsusilə miqrantlar arasında hərbi xidmətə cəlbetmə fəaliyyətini gücləndirib. Məlumata görə, ölkənin bütün federal dairələrində 18-60 yaş arası xarici kişilərin sayının müəyyənləşdirilməsi üçün yoxlamalar aparılıb. Eyni zamanda qeyd olunur ki, Rusiya hərbi komissarlıqlarına konkret planlar təqdim olunub. Bu planlara əsasən, hər regionda yaşayan xarici əhalinin 0,5%-dən 3,5%-nə qədər hissəsinin orduya cəlb edilməsi hədəflənir. Ümumilikdə isə 2026-cı ildə azı 18 500 xarici vətəndaşın hərbi xidmətə cəlb olunması nəzərdə tutulur.

Aydın


SON XƏBƏRLƏR

28 Aprel 2026