q
  • Bakı 10° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Makron Böyük Britaniya kralının fikirlərini dəstəklədi

DÜNYA

29 Aprel 2026 | 16:51

Makron Böyük Britaniya kralının fikirlərini dəstəklədi

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya Kralı III Çarlzın Ağ Evdə ABŞ Prezidenti Donald Trampa "Əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız" cavabına reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa lideri "X" hesabında paylaşım edib.

O, Kralın fikirlərinə "Möhtəşəm olardı" deyə cavab verib.

Xatırladaq ki, Ağ Evdə təşkil olunan rəsmi ziyafətdə Birləşmiş Krallığın rəhbəri Trampın yanvar ayında səsləndirdiyi "İkinci Dünya müharibəsində ABŞ-nin qələbəsi olmasaydı, hər kəsin alman, bəlkə də qismən yapon dilində danışardı" fikirlərə münasibət bildirib. Monarx ABŞ-nin müstəqillik əldə etməsindən öncə Şimali Amerika uğrunda Fransa və Böyük Britaniya arasındakı tarixi mübarizəni xatırladaraq, "Mən isə əminliklə söyləyə bilərəm ki, əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız" -deyə reaksiya verib.


SON XƏBƏRLƏR