q
  • Bakı 10° C

    7.84 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

General-mayor vəzifəsindən oldu

DÜNYA

29 Aprel 2026 | 17:23

General-mayor vəzifəsindən oldu

Türkiyə kubokunun 1/4 finalında keçirilən “Konyaspor” - “Fənərbaxça” (1:0) matçı zamanı stadionun üzərindən helikopterlərin uçmasına icazə verən general-mayor Mete Kuş cəzalanıb. 

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyaspor”la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri komandaya dəstək məqsədilə arenanın üzərindən uçuşların olmasına icazə verib. Onun bu hərəkəti Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.

Hadisədən sonra general-mayorun vəzifəsi aşağı salınaraq o, Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb.


SON XƏBƏRLƏR