Kür çayında suyun səviyyəsinin kəskin artması bir sıra fəsadlar törətməkdədir.
Bakıvaxtı.az xəbər verir ki, Sabirabad rayonunun Qaraqaşlı, Quruzma və Qəzli kəndlərini rayon mərkəzi ilə birləşdirən ödənişli körpü suyun artması səbəbindən dağılaraq yararsız hala düşüb.
Bu səbəbdən kənd sakinləri rayon mərkəzinə getmək üçün Hacıqabul rayonundan keçməklə alternativ yollardan istifadə edirlər.
Bildirilir ki, fərdi sahibkarın hazırlatdığı körpü bir neçə ildir ödənişli olaraq əhaliyə xidmət göstərir. Keçidi 50 qəpik olan körpü sürücülərin yolunu 25-30 kilometrədək qısaldır.
Bakı 




