Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən zərgərlik sənayesi üçün “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu” yeni dövlət standartı qəbul edilib.
Bu barədə Bakıvaxtı.az-a AZSTAND-dan məlumat verilib.
Bildirilib ki, sözügedən dövlət standartının qəbulu zərgərlik məmulatlarının insan dərisi ilə təması zamanı nikelin miqdarının müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyədə qəbul olunan sınaq metodlarının tətbiqini, bununla nikelin sağlamlığa mənfi təsirinin qarşısının alınması potensialının qiymətləndirilməsini, istehlakçı sağlamlığının qorunmasını, eləcə də bazarda təqdim olunan zərgərlik və digər metal məmulatlarının təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin etməyə xidmət edir.
Yeni dövlət standartı layihəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bakı 




