q
  • Bakı 10° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Müdafiə Nazirliyində minifutbol üzrə birincilik start götürüb

İDMAN

29 Aprel 2026 | 16:47

Müdafiə Nazirliyində minifutbol üzrə birincilik start götürüb

Müdafiə Nazirliyinin Baş idarə və idarələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan minifutbol üzrə birinciliyə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi plana əsasən keçirilən yarışın əvvəlcə püşkatma mərasimi təşkil olunub. Mərasimdə iştirakçı komandaların nümayəndə heyətləri, hakimlər və komissiya üzvləri iştirak ediblər.

Birincilikdə ümumilikdə 15 komanda mübarizə aparır. Oyunlar Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev və MOİK-in qurumlar üzrə baş məşqçisi Elnur Əliyev tərəfindən idarə olunur.

Qrup mərhələsinin oyunlarından sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinala yüksələcəklər. Yarımfinal mərhələsinin qalibləri isə final görüşündə birincilik uğrunda mübarizə aparacaqlar.

Turnirin sonunda qalib komandalar mükafatlandırılacaq.


SON XƏBƏRLƏR