ABŞ və İran Pakistanın vasitəçiliyi ilə Hörmüz boğazının yenidən açılması müqabilində iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Bakıvaxtı.az “LeMonde.fr”-ə istinadən xəbər verir ki, bu razılaşma ABŞ prezidenti Donald Trampın İslam Respublikasını məhv etmək barədə verdiyi ultimatumun müddətinin bitməsinə bir saatdan bir qədər az vaxt qalmış əldə edilib.
Pakistan, həmçinin, atəşkəsin İsrailin İranpərəst silahlı qrup Hizbullaha qarşı hərbi əməliyyatlar apardığı Livan ərazisinə də şamil olunduğunu təsdiqləyib.
Aydın Baxış
Bakı 




