• Bakı 11° C

    15.77 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Tramp: “ABŞ tam qələbə əldə etdi”

DÜNYA

08 Aprel 2026 | 07:46

Tramp: “ABŞ tam qələbə əldə etdi”

“ABŞ İranla iki həftəlik atəşkəs razılaşması imzalamaqla tam qələbə əldə edib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp AFP-yə açıqlamasında bildirib.

Qısa telefon müsahibəsi zamanı o, razılaşmanın pozulacağı təqdirdə İranın elektrik stansiyaları və körpülərinə zərbə endirmək barədə əvvəlki təhdidlərinə qayıdıb-qayıtmayacağı sualına birbaşa cavab verməyib:

“Gözləyib görəcəksiniz. Uran məsələsi mükəmməl şəkildə həll olunacaq, əks halda İran bu razılaşmaya getməzdi”.

ABŞ prezidenti əlavə edib ki, Çin Tehranın atəşkəs razılaşmasına razılıq verməsi üçün danışıqlar prosesində fəal rol oynayıb. 

“Eşitdiyim bu qədərdir”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ prezidentinin may ayında Çin lideri Si Cinpinlə görüşmək üçün Pekinə səfəri planlaşdırılır.

Aydın Baxış


SON XƏBƏRLƏR

07 Aprel 2026