Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilən ABŞ və İran rəsmiləri arasında danışıqlar birbaşa olacaq.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı İran dövlət televiziyası yayıb. Məlumatda qeyd olunur ki, "cümə günü İran və ABŞ arasında danışıqlar birbaşa olacaq".
CNN-in ABŞ administrasiyasının rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ vitse-prezidenti J.D.Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan İranla sülh danışıqlarında iştirak etməsi gözlənilir.
Bakı 




