• Bakı 11° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Humanitar yüklərin Hörmüz boğazından keçməsinə icazə verildi

DÜNYA

04 Aprel 2026 | 16:15

Humanitar yüklərin Hörmüz boğazından keçməsinə icazə verildi

İran humanitar yüklər və əsas tələbat malları daşıyan kommersiya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müvafiq göstəriş İranın kənd təsərrüfatı nazirinin müavininin səlahiyyətlərini icra edən Homan Fəthi tərəfindən islam respublikasının Limanlar və Dənizçilik Təşkilatının rəhbərliyinə göndərilib. Sənəddə qeyd olunur ki, verilən icazə İran limanlarına istiqamətlənən və ya artıq Oman körfəzi akvatoriyasında olan gəmilərə şamil edilir.

İran hakimiyyəti digər ölkələrə məxsus humanitar yüklü gəmilərin Hörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxışına icazə verilib-verilmədiyini dəqiqləşdirməyib.


SON XƏBƏRLƏR