• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi

CƏMİYYƏT

22 May 2026 | 11:26

Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev yenidən hakim qarşısına çıxarılıb.

Bakıvaxtı.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.

Müstəntiq ağır cinayət işi üzrə ibtidai istintaqın davam etməsinin zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilməsini istəyib.

Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. 

Məlumatı eks-icra başçısının vəkili Elvin Əliyev də təsdiq edib. Vəkil İslam Rzayevin həbsdə saxlanılma müddətinin avqust ayına kimi uzadıldığını deyib. 

Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında DTX-nin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla həbs edilib. Hazırda külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda ittiham olunur.


SON XƏBƏRLƏR