• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıdan dünyaya tolerantlıq mesajı: Əliyevin təşəbbüsləri yenidən gündəmdə

SİYASƏT

18 Sentyabr 2026 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

Bakıdan dünyaya tolerantlıq mesajı: Əliyevin təşəbbüsləri yenidən gündəmdə

“Prezident İlham Əliyevin iki gün əvvəl TDT-yə üzv ölkələrin dini liderlərini qəbul edərkən verdiyi mesajlar bir neçə istiqamətdə diqqəti cəlb edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, bu mesajları verən ölkənin lideri tariximizdə olan ənənələrə əsaslanır:

“Bununla həm yaxın, həm də uzaq tariximizə bir ekskurs edildi. Azərbaycan dinlərarası dialoqa, sivilizasiyalararası dialoqa və dini tolerantlığa mühüm töhfələr verir. Əsrlər boyu Azərbaycan müxtəlif dinlərin mənsublarının birgə yaşayışı bizim həyat tərzimiz olub. Sonrakı mərhələdə bu proses institutlaşmağa başladı və hüquqi çərçivədə işlər görüldü. Müstəqil Azərbaycanın dövründə biz bu istiqamətdə növbəti mərhələyə qədəm qoyduq. Bu, Azərbaycanın əldə etdiklərinin beynəlxalq müstəvidə dünya ilə bölüşdürülməsidir. Bunu o dövlət edir ki, bütün məqamlarla bağlı öz tarixində müsbət təcrübəsi var. Eyni zamanda acılardan, ağrılardan dərs çıxarıb”.

Rizvan Nəbiyev: Əsrlər boyu Azərbaycan müxtəlif dinlərin mənsublarının birgə yaşayışı bizim həyat tərzimiz olub

Parlament üzvü vurğulayıb ki, hələ 2008-ci ildə Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı prosesinə start verildi:

“Biz bununla Avropa ilə islam dünyası arasında vəhdət yaratdıq. 2011-ci ildə dünyanın dini liderləri Bakıda bir araya gəldi və bu proses 2019-cü ildə, 2024-cü ildə təkrar olundu. 70-dən artıq dövlətdən təkcə ayrı-ayrı dinlər yox, məzhəb nümayəndələri belə Bakıyada bir araya gəldi”.

Müsahibimiz qeyd edib ki, bunlar o zaman baş verirdi ki, dinlər və məzhəblər arasında ziddiyyətlər çox idi:

“Elə indi də vəziyyət dəyişməyib. 2016-cı ildə biz bu təşəbbüsün BMT səviyyəsində dəstəkləndiyini gördük”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026