2026-cı il Formula 1 mövsümünün Yaponiya Qran-prisinin qalibi müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, Suzukada keçirilən yarışın qalibi "Mersedes" komandasının italyan pilotu Kimi Antonelli olub.
Bu, 19 yaşlı sürücünün ardıcıl ikinci qələbəsidir.
Yarışda ikinci yeri “Maklaren” təmsilçisi Oskar Piastrı tutub, üçüncü isə “Ferrari”dən Şarl Lekler olub.
“Ferrari”dən Lüis Hemilton altıncı, “Red Bull”dan Maks Ferstappen səkkizinci yeri tutub.
Bakı 




