Suriya hakimiyyəti şənbə günü ölkəni Livanla birləşdirən bir tunel aşkar edib bağladıqlarını və onun "Livan milisləri" tərəfindən qaçaqmalçılıq məqsədilə istifadə edildiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Müdafiə Nazirliyinin sözçüsü dövlət mediasına bildirib: "Ordu Homsun qərbində yerləşən Hoş əs-Sayed Əli kəndi yaxınlığında Suriya və Livan ərazilərini birləşdirən tunel aşkar edib".
"Tunel Livan milisləri tərəfindən qaçaqmalçılıq üçün istifadə olunurdu və müvafiq hərbi orqanlar onu bağladılar", - deyə sözçü bildirib.
Zeynəb Rzayeva
Bakı 




