q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

İndoneziyada qatar qəzası: 14 ölü, 84 yaralı - YENİLƏNİB

DÜNYA

28 Aprel 2026 | 10:25

İndoneziyada qatar qəzası: 14 ölü, 84 yaralı - YENİLƏNİB

İndoneziyanın paytaxtı Cakarta yaxınlığında iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 84 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin dövlət dəmir yolu operatoru məlumat yayıb.

    Məlumata görə, hadisə bazar ertəsi axşam saatlarında Cakarta yaxınlığındakı Bekasi bölgəsində şəhərətrafı qatarla uzaq məsafəli qatarın toqquşması nəticəsində baş verib. 

    Qəza nəticəsində 14 nəfər ölüb.

    Axtarış-xilasetmə agentliyinin rəhbəri Məhəmməd Syafii bildirib ki, dağıntılar altında qalan sərnişinlərin çıxarılması prosesi başa çatdırılıb.

    Bildirilib ki, hazırda itkin düşən şəxs yoxdur.

    ***

    07:42

    İndoneziyada iki qatarın toqquşması faciə ilə nəticələnib.

    Bakıvaxtı.az ”Le Monde.fr”ə istinadən xəbər verir ki, hadisə İndoneziyanın paytaxtı Cakarta yaxınlığında qeydə alınıb. Qəza nəticəsində azı 14 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

    Məlumata əsasən, qəza şəhərətrafı dəmir yolu xəttində baş verib. Uzun məsafəli qatar eyni relsdə dayanan sərnişin qatarına arxadan çırpılıb. Toqquşma nəticəsində vaqonlar ciddi zədələnib, bəzi hissələr tamamilə yararsız vəziyyətə düşüb.

    Hadisə yerinə dərhal xilasedici qüvvələr, yanğınsöndürən briqadalar və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qəza zamanı vaqonlarda sıxılmış vəziyyətdə qalan sərnişinlərin xilas edilməsi üçün xüsusi avadanlıqlardan istifadə edilir.

    Rəsmilərin bildirdiyinə görə, yaralıların bir qisminin vəziyyəti ağırdır və ölənlərin sayının artacağı ehtimal olunur. Zərərçəkənlər ətrafdakı tibb müəssisələrinə çatdırılıb. Hadisənin başvermə səbəbləri hələlik dəqiq açıqlanmayıb. İlkin ehtimallara görə, qəza texniki nasazlıq və ya maşinist səhvi ilə bağlı ola bilər.

    Faktla bağlı araşdırma aparılır.

    Aydın Baxış


    SON XƏBƏRLƏR

    27 Aprel 2026