Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb və regiondakı vəziyyəti müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat yayılıb.
İshaq Dar dialoq və diplomatiyanın davamlı sülh üçün yeganə mümkün yol olaraq qaldığını qeyd edib və gərginliyin azaldılmasının zəruri olduğunu vurğulayıb. "Bütün hücumlar və düşmənçilik fəaliyyətləri dayandırılmalıdır",- Pakistanın XİN başçısı bildirib.
O bildirib ki, Pakistan regional sülh və sabitliyin bərpasına yönəlmiş bütün səyləri dəstəkləməyə sadiq qalır.
Bakı 




