Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısında iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Şimali Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Qeyd edək ki, Bakıda 1-2 aprel tarixlərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin baş nazirləri və vitse-prezidentlərinin 2-ci iclası keçiriləcək.
Bakı 




