Fransa prezidenti Emmanuel Makronla İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Makron sosial mediada paylaşım edib.
“Bu cinayətkar dəstənin Dahukdakı evlərinə etdiyi qəbuledilməz hücumdan sonra dəstəyimi təsdiqlədim. Bu hadisə ötən həftə baş verən və 6 silahlının ölümünə səbəb olan hücum kimi İraqda baş verən hücumların artmasının sübutudur. Bu səbəbdən Prezident Neçirvan Bərzaniyə başsağlığı və dəstəyimi bildirdim”, - deyə Fransa prezidenti qeyd edib.
Makron vurğulayıb ki, İraq hökuməti regiondakı vəziyyəti sabitləşdirmək üçün çalışmalıdır.
"İraqın bu iğtişaşlara cəlb olunmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Fransa iraqlıların dostu olaraq qalır", - deyə o yekunlaşdırıb.
Zeynəb Rzayeva
Bakı 




