ABŞ Prezidenti Donald Trampın İranla davam edən hərbi münaqişəni “sonsuz müharibəyə” çevirmədən, yaxın həftələrdə danışıqlar yolu ilə bitirmək istədiyi barədə məlumatlar yayılıb.
Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp köməkçilərinə hərbi əməliyyatların 4-6 həftəlik müddət ərzində yekunlaşdırılmasının vacibliyini bildirib.
Lakin Ağ Evdəki bəzi mənbələr bu zaman çərçivəsinin real olmadığını hesab edirlər. ABŞ lideri qeyd edib ki, əgər Tehran təklif olunan şərtləri qəbul etməsə, hərbi eskalasiya daha da kəskinləşəcək.
Bakı 




