• Bakı 11° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

DYP: Aramsız yağan yağışların yaratdığı çətinliklər aradan qaldırılır

CƏMİYYƏT

28 Mart 2026 | 17:26

DYP: Aramsız yağan yağışların yaratdığı çətinliklər aradan qaldırılır

Yol polisi ölkə ərazisində aramsız yağan yağışların yaratdığı çətinlikləri aradan qaldırır.

Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə DYP əməkdaşları aidiyyəti qurumlarla birgə çalışır.

Nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldan kənarlaşdırılır, piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitə köməklik göstərilir.

Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın intensiv hərəkətinin təmin olunması üçün YPX Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır.


SON XƏBƏRLƏR