• Bakı 11° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bu ərazidə fövqəladə vəziyyət elan edildi

DÜNYA

28 Mart 2026 | 15:06

Bu ərazidə fövqəladə vəziyyət elan edildi

Yağışlar səbəbindən Mahaçqalada su basmış fərdi evlərdən 80-dən çox adam təxliyə edilib.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsindən məlumat verilib.

"Zarеçnaya küçəsində su kanalının tutulması nəticəsində yağış sularının səviyyəsi artıb. 20-yə yaxın fərdi yaşayış evi su altında qalıb, suyun səviyyəsi bəzi yerlərdə 1,5 metrə çatıb. Rusiya FHN əməkdaşları tərəfindən zibilin təmizlənməsindən sonra suyun səviyyəsinin enməsi müşahidə olunur. 83 nəfər, o cümlədən üç uşaq təxliyə, dörd nəfər xilas edilib" – məlumatda deyilir.

Bundan başqa, Perova küçəsində yağış suyunun yığılması səbəbindən beş ev və təxminən altı avtomobil su altında qalıb. Hazırda xilasedicilər əhalinin təxliyəsini həyata keçirirlər.

Daha əvvəl Mahəçqala administrasiyasından verilən məlumata görə, şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.


SON XƏBƏRLƏR

27 Mart 2026