Qusar rayonunda baş verən güclü sel nəticəsində çətin vəziyyətdə qalan ailə üzvləri xilas olunub.
Bakıvaxtı.az-ın xəbərinə görə, rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun Bizim.Media-ya verdiyi məlumata görə, Quxuroba kəndində yaşayış evinə su dolması səbəbindən 9 nəfərlik ailə təxliyə edilib.
Ailənin 6 uşağı, valideynləri və nənəsi təhlükəsiz əraziyə köçürülüb.
Ümumilikdə, intensiv yağıntılar nəticəsində yaranan sel suları rayonun Hil, Yuxarı Tahircal, Suvacal, Kuzun və Çətkün kəndlərinə gedən yollarda ciddi çətinliklər yaradıb, bir neçə körpü yararsız vəziyyətə düşüb.
Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO
HADİSƏ
28 Mart 2026 | 16:23 | Müəllif: Əli Hüseynov

SON XƏBƏRLƏR
06 Oktyabr 2026



jpg-1777285863.webp)











