• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bərzaninin evi də hədəfdə - VİDEO 

DÜNYA

28 Mart 2026 | 19:19

Bərzaninin evi də hədəfdə - VİDEO 

ABŞ-İsrail-İran müharibəsinin 29-cu günündə bölgədə hücumların yayılması ilə bağlı narahatlıqlar artır.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, son olaraq İraq Kürdüstan Regional Hökumətinin (İKRH) prezidenti Neçirvan Bərzaninin Duhokdakı evi dronlar tərəfindən hədəfə alınıb.

Neçirvan Bərzaninin evinə edilən hücumdan sonra ərazidə partlayış səsləri eşidilib və Kürdüstan Regional Hökuməti (KRH) yüksək hazırlıq vəziyyətinə gətirilib.

İraq Baş naziri Məhəmməd Şiə əl-Sudani hücumu pisləyib. Neçirvan Bərzani ilə telefon danışığından sonra Sudani hadisəni araşdırmaq üçün birgə təhlükəsizlik və texniki qrupun yaradılması barədə göstəriş verib./Unikal 


SON XƏBƏRLƏR