• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb

HADİSƏ

28 Mart 2026 | 17:55 | Müəllif: Əli Hüseynov

Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb

Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın verdiyi xəbərə görə hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan "Toyota Prius" və "Opel" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində 5 nəfər Lənkəran rayonunun Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Oktyabr 2026